Qarabağda növbəti MÜHARİBƏNİN TARİXİ, dünyanı iflic edəcək QƏRAR… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
167 baxış·7 dəq oxu
26 iyunda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi
münasibətilə keçirilən hərbi paradda nümayiş olunan DANA özüyeriyən
artilleriya ermənilərin Çexiyada etiraz aksiyası keçirməsinə səbəb
olub. Ermənistan Ordusu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ
bölgəsində hərbi təlimlər keçirib. İsrailin Baş naziri Benyamin
Netanyahu İranı təhdid edib. ABŞ Prezidenti Donald Tramp Rusiya
Prezidenti Vladimir Putinlə görüşdən ABŞ hərbçilərinin Suriyadan
çıxarılması üçün istifadə etmək niyyətindədir. Ankara ABŞ-ın İranla
bağlı tələbini rədd edib.
26 iyunda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi
münasibətilə keçirilən hərbi paradda nümayiş olunan DANA özüyeriyən
artilleriya ermənilərin Çexiyada etiraz aksiyası keçirməsinə səbəb
olub.
İsrail və Çexiyadan İrəvanı şoka salan AZƏRBAYCAN ADDIMI: Avropadan qalxan silah dolu təyyarə...
“Azərbaycan Ordusunun hərbi paradı göstərdi ki, Bakı
gücünü açıq şəkildə nümayiş etdirir. Müharibə olacaqsa, Türkiyə
ordusu də Azərbaycanla birlikdə döyüşəcək. Biz öz ordumuzu təcili
şəkildə müasirləşdirməliyik. Bütün maliyyə resursları orduya
yönəlməlidir. Müharibə qaçılmazdır və bu 2016-cı ildə “aprel
müharibə”sinin təkrarı olmayacaq, daha böyük olacaq”.
Bu barədə işğalçı Ermənistan ordusunun polkovniki Koryun Qumaşyan
deyib.
Bakı bu tarixdə MÜHARİBƏYƏ BAŞLAYACAQ - Polkovnikdən SENSASİYALI SÖZLƏR
Ermənistan Ordusu Azərbaycanın işğal olunmuş Dağlıq
Qarabağ bölgəsində hərbi təlimlər keçirib. Təlimlər
müdafiə və hücum xarakteri daşıyıb.
Məlumata görə, təlimlər cəbhənin şərq istiqamətində həyata
keçirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Naxçıvan və Qarabağ
cəbhəsində uğurlu əməliyyatları Ermənistanda ciddi qorxuya səbəb
olub. İrəvanda hesab edirlər ki, Qarabağ danışıqlarının dalana
dirənməsi Azərbaycanı ərazilərin azad edilməsi üçün hərbi varianta
üz tutmağa məcbur edəcək. Bu kontekstdə Qarabağdakı təlimlər də
müharibəyə hazırlıq xarakteri daşıyır.
Siyasi dillə deyil, hüquq dili ilə danışmaq
lazımdır. F-35-lərlə bağlı Konqresin atdığı addımlar Türkiyəni
narahat edir. Bu sözləri Türkiyənin Xarici İşlər
naziri Mövlud Çavuşoğlu deyib.
“Tramp bizə zəruri addımları atacağını söylədi. Ancaq Tramp
Türkiyəyə önəm verir və münasibətlərini inkişaf etdirməyə çalışır”,
- Çavuşoğlu bildirib.
Qeyd edək ki, Konqres F-35-lərin Türkiyəyə verilməsinin
qarşısını almaq üçün qanun layihəsini təsdiqləyib. Qanun layihəsi
ABŞ prezidenti tərəfindən təsdiqlənməlidir.
Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud
Çavuşoğlu ABŞ-ın İranla bağlı siyasətini haqsız və birtərəfli
adlandırıb. Çavuşoğlu bu haqda NTV telekanalına
müsahibəsində bildirib.
Nazir əlavə edib ki, bu ölkədə xaosun yaradılması heç kəsə,
həmçinin Vaşinqtona sərfəli deyil.
“Əgər ABŞ-ın qərarları sabitliyə və sülhə yönəlsə, onda biz
onları dəstəkləyəcəyik. Əgər onlar bizə haqsız və ədalətsiz
görünərsə, biz onlara qoşulmağa məcbur deyilik”, - Türkiyənin
xarici siyasət idarəsinin başçısı vurğulayıb.
İran varlığımıza yönələn ən böyük təhdiddir və biz
bu təhdidi dayandırmaqda qərarlıyıq. Bu sözləri
İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Açıq şəkildə ifadə edirəm. İranın nüvə silahına sahib olmasına
icazə verməyəcəyəm. İranın Suriyanı bizə qarşı ölümcül baza
yaratmasının qarşısını almaq üçün daim çalışacağam”, - deyə baş
nazir bildirib.
Avropa İttifaqının (Aİ) liderləri ölkələr arasında
yaranmış miqrasiya böhranını nizama salmaq üçün razılıq əldə
edib. Razılaşma Aİ-nin ötən gün keçirilən sammitində
əldə olunub. Sammitdə qaçqın düşərgələrinin yaradılması və birlik
şəklində köçkünlərin (miqrantların) hərəkət etməsinin
məhdudlaşdırmasına qərar verilib.
Müzakənin yekununda imzalanan bəyanata əsasən, yaradılacaq
mərkəzlər çərçivəsində yeni miqrantların qəbulu və yerləşdirilməsi
prosesi ölkələrin qarşılıqlı istəyi və könüllülük əsasında
aparılacaq.
Eyni zamanda Aİ sərhədlərinin daha da möhkəmləndirilməsi,
Avropaya mühacirətin qarşısının alınması məqsədilə Türkiyə, Mərakeş
və Şimali Afrika ölkələrinə yüksək miqdarda yardım edilməsinə də
qərar verilib. Türkiyədə məskunlaşan miqrantlar üçün 3 milyard avro
ödəniləcək.
Afrikada miqrasiya layihələrinə isə 500 milyon avro köçürüləcəyi
planlaşdırılır.
ABŞ prezidenti Donald Tramp bu həftə növbəti dəfə
Amerika qoşunlarının Suriyadan çıxması ideyasını irəli sürdü. O,
mövzudan bu dəfə Ağ Evdə İordaniya kralı II Abdullah ilə görüşündə
danışdı. CNN telekanalının məlumatına görə, bu haqda
liderlərin danışıqlarının məzmunundan xəbərdar olan iki diplomatik
mənbə bildirib.
Tramp və Abdulla Suriyada vəziyyəti təfərrüatı ilə müzakirə
edib. Mənbələrdən birinin sözlərinə görə, Tramp Suriyanın
cənub-qərbində təhlükəsiz zona ilə bağlı Rusiya prezidenti Vladimir
Putinlə razılaşacağına inanır. Bu, ABŞ-a qısa müddətə oradan
çıxmasına imkan verəcək.
Trampın Suriya üzrə yeni PLANININ DETALLARI
ABŞ prezidenti Donald Tramp fransalı həmkarı
Emmanuel Makrona Avropa İttifaqından çıxmağı təklif
edirdi. Bu haqda Avropadakı hökumət mənbələrinə
istinadən “Vaşinqton Post” qəzeti bildirib.
Bildirilir ki, aprelin sonunda Tramp və Makron Ağ Evdə ticarət
məsələlərini müzakirə etdiyi vaxt Ağ Evin başçısı həmkarına “Siz
niyə Avropa İttifaqından çıxmırsınız?” şəklində sual verib.
Mənbələrə əsasən, ABŞ prezidenti söz verib ki, Avropa İttifaqından
çıxacağı halda, ABŞ Fransaya ən yaxşı şərtlərdə ikitərəfli ticarət
müqaviləsini təklif edəcək.
ABŞ və Hindistan “2+2” formatında (iki ölkənin
Müdafiə və Xarici İşlər Nazirliklərinin başçıları) Rusiya barəsində
sanksiyaları, həmçinin Rusiyadan “Triumf" S-400 zenit-raket
komplekslərinin alınması üzrə Nyu-Dehlinin planlarını müzakirə
edəcəklər. Bu haqda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi
Nikki Heyli NDTV kanalına müsahibəsində bildirib.
Rusiyaya STRATEJİ ZƏRBƏ – Moskvanın müttəfiqi ABŞ-ın tərəfinə keçir
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti
Vladimir Putinlə görüşdən ABŞ hərbçilərinin Suriyadan çıxarılması
üçün istifadə etmək niyyətindədir. Bu barədə məlumatı
CNN televiziyası yayıb.
“Tramp bu həftə ABŞ-ın Suriyadan çıxmasını İordaniya kralı II
Abdullahla müzakirə edib. Trampın planına əsasən, ABŞ Suriya
hökumətinə İordaniya ilə sərhədi nəzarət altına almağa izn verəcək.
Əvəzində Rusiyadan buradakı müxaliflərin ölkəni tərk etməyə məcbur
edilməyəcəklərinə dair zəmanət alacaq. Tramp həmçinin Rusiyanın
Suriyanın cənub-qərbində deeskalasiya zonası yaradacağını və buraya
iranyönlü qüvvələrin girməsinə izn verməyəcəyini gözləyir. İranın
Suriyadan qovulması ABŞ prezidentinin Suriya planının əsas
hissəsidir”, - televiziya bildirib.
Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və
Donald Trampın iyulun 16-da Helsinkidə keçiriləcək görüşünü dəyərli
dialoqun başlanğıcı hesab etmək olar, ancaq ondan sürətli
nəticələri gözləmək lazım deyil. Bununla belə, sammit
sonrakı eskalasiyanın dayandırılması üçün siqnal ola bilər. Belə
fikirləri ABŞ və Rusiya liderlərinin qarşıdakı görüşünü şərh edən
politoloqlar “RİA-Novosti” agentliyinə açıqlamalarında
səsləndiriblər.
Ekspertlər qarşıdakı sammitdə neft ixracının artırılması və
Suriyadakı vəziyyətin, həmçinin Rusiyanın İran, ABŞ-ın isə Ukrayna
üzrə qarşılıqlı güzəştlər imkanının müzakirə olunacağını
bildirirlər.
İran Ukrayna ilə dəyişdiriləcək? - Putin və Trampın görüşündən MÜMKÜN NƏTİCƏLƏR
Amerikanın radio həvəskarları istilik-nüvə
raketlərinin işə salınması haqqında ABŞ komandanlığının əmrini
yaxalayıblar. Bu haqda “The Drive” nəşri yazıb.
İyunun 27-də yaxalanan siqnal “B-52 Stratofortress” qitələrarası
strateji bombardmançı-raket daşıyıcısına ünvanlanmışdı. Qeyd edilir
ki, belə əmrlər nüvə silahının tətbiqi ilə planlaşdırılmış
genişmiqyaslı zərbə çərçivəsində verilir. Belə siqnalların alınması
halında Amerika hərbçiləri istilik-nüvə döyüş başlıqları ilə təchiz
edilmiş 20 qanadlı raketi hədəfə buraxmalıdır.
Ancaq əslində məlum olub ki, siqnal təlimlər çərçivəsində
verilmişdi. Təlimlərdə “B-52 Stratofortress” və “B-2 Spirit”
bombardmançıları, həmçinin “E-6 Mercury” idarə və rabitə təyyarəsi
iştirak edirdi.
“The Drive” nəşri istisna etmir ki, Vaşinqton belə təlimlərlə öz
gücünü və bombardmançıların istilik-nüvə döyüş başlıqlarını
istənilən nöqtəyə çatdırmaq qabiliyyətini göstərmək istəyir.
ABŞ prezidenti Donald Tramp ölkəsini Ümumdünya
Ticarət Təşkilatından çıxarmaq istəyir. Bu haqda
mənbələrə istinadən “Axios” nəşri yazıb.
Nəşrin yazdığına görə, Tramp təşkilatdan çıxmaq arzusu haqqında
Ağ Evin yüksəkvəzifəli məmurlarına dəfələrlə bildirib. Qeyd edilir
ki, belə addım qlobal ticarəti “vəhşi qarışıqlığa” gətirib çıxara
bilər.
Ağ Evdəki mənbə həmçinin əlavə edib ki, Tramp Ümumdünya Ticarət
Təşkilatı ilə ABŞ-ın münasibətlərinin təsviri üçün qeyri-normativ
leksikadan tez-tez istifadə edir. ABŞ prezidentinin sözlərinə görə,
təşkilat ABŞ-ı sıxışdırmaq üçün qalan dünya tərəfindən
yaradılıb.
Bəzi köməkçilər Trampa izah etməyə çalışırdılar ki, ABŞ
Ümumdünya Ticarət Təşkilatından fayda götürür, ancaq Tramp onların
arqumentlərinə laqeyd qalıb.