Meksikanın Xalisko əyalətində 5,6 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, Avropa-Aralıq dənizi seysmoloji mərkəzinin məlumatında bildirilir ki, yeraltı təkanların episentri ştatın paytaxtı Qvadalaxara şəhərindən (əhalisi 1,6 milyondan) 233 km şimal-qərbdə 10 km dərinlikdə yerləşirdi. Dağıntı və tələfat barədə məlumat verilməyib.