İyunun 26-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Türkiyədə iyunun 24-də prezident və parlament seçkiləri keçirilib. Ermənistan Rusiyada keçirilən futbol üzrə dünya çempionatının bitməsinə qədər Dağlıq Qarabağda müharibənin başlamasından narahatdır. Türkiyə İranla neft ticarətinin dayandırılması barədə ABŞ-ın tələbinə rədd cavabı verib. İsrail Baş naziri Benyamin Netanyahu İranı təhdid edib. Rusiya və ABŞ prezidentləri iyulun 16-da Helsinkidə görüşəcəklər. ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşdən ABŞ hərbçilərinin Suriyadan çıxarılması üçün istifadə etmək niyyətindədir. Vaşinqton Avropada yerüstü raket qurğularının yerləşdirilməsi üçün infrastrukturun praktik bərpasına başlayıb.

Azərbaycan, Dağlıq Qarabağ

İyunun 26-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva paradda olublar.

İrəvanı şoka salan QARABAĞ PLANI, müharibənin İKİNCİ MƏRHƏLƏSİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

İlham Əliyevdən İrəvana SƏRT MESAJ - Prezidentin hərbi paraddakı nitqinin TAM MƏTNİ