Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununu keçirib.

Publika.az xəbər verir ki, “köhlən atlar” Suriya millisi ilə qarşılaşıb. Oyun Ağdam klubunun minimal hesablı məğlubiyyəti ilə başa çatıb.

"Qarabağ" bundan əvvəlki yoxlama matçlarında Bolqarıstan "Ludoqorets"i (1:1) və Avstriya "Vakker İnsbruk"u (0:0) ilə heç-heçə edib.

Yoxlama oyunu

30 iyun

Qarabağ - Suriya milli komandası 0:1

“Qarabağ”ın start heyəti: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 91. Coşqun Diniyev.