Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb. Azərbaycana gələn Rusiya nümayəndələrinin Ermənistandan işğal edilmiş əraziləri Azərbaycana qaytarmağı tələb etməsi işğalçı ölkədə şok effekti yaradıb. Ermənistan baş naziri Nikol Paşinyan əhalini Qarabağda istənilən ssenariyə hazır olmağa çağırıb. ABŞ İranla əməkdaşlıq edən şirkətlərə ikinci dərəcəli sanksiyalar tətbiq edəcək. KXDR ballistik raketlərinin istehsalı üzrə müəssisənin genişləndirilməsi prosesini başa çatdırır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb. Təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

İyulun 6-dək davam edəcək təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.

Kreml Ermənistandan əraziləri Azərbaycana qaytarmağı tələb edir. Bu barədə erməni siyasi şərhçi Razmik Akopdjanyan Rusiya nümayəndə heyətinin 2016-cı ilin “aprel müharibəsi”i zamanı işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə və Lələtəpə yüksəkliyinə baş çəkməsini şərh edərkən deyib.

Xatırladaq ki, iyulun 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirilib.

Bu konfrans və görüşlə Rusiyanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana açıq dəstək göstərməsi Ermənistanda narahatlıq yaradıb.

Ermənistanın məğlub olacağı CƏBHƏ, Kremlin yeni QARABAĞ PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Putinin adamlarının Lələtəpəyə ilk səfərinin SİRRİ: Kreml yeni Qarabağ planı hazırlayır