Yaraşığı ilə sosial mediada diqqət çəkənlər sırasında türk həkimlər də var.

Milli.Az oxu.az-a istinadən yaraşığı və xarizması ilə qızların ağlını başdan alan "Instagram" fenomeni həkimlərin bəzilərini təqdim edir:

Cahit Dinçer Adanada yaşayır. "Instagram"da 45 mindən çox izləyicisi var. Çukurova Dövlət Universitetinin tibb fakültəsinin məzunudur. Adanada Balcalı xəstəxanasında çalışır.

O, 2014-cü ildə "Mr & Miss Akdeniz Gözəllik Yarışması"nda birinci olub.

Həkim Hakan Tüfekçi əzələli bədəni ilə "Instagram"da 26 min izləyici yığıb. Bursada Mustafa Kemal Paşa Dövlət Xəstəxanasının həkimi olan Hakan boz saçları ilə xeyli diqqət çəkir.

Doktor Salih Tümtaş Kütahyada yaşayır. Uzun saçları və saqqalı ilə diqqət mərkəzindədir.

Taha Takmaz ginekoloqdur. 41 min izləyicisi var.

Stomatoloq olan Erkan Akıllı uca boyu və xarizması ilə həmkarlarından seçilir.

Doktor Ahmet Coşkun sarı və qıvırcıq saçları, pozitiv fotoları ilə 31 min izləyici toplaya bilib. Furkan Özer cərrahdır. Hacettepe Tibb Fakültəsində Baş-boyun cərrahı olaraq çalışır. Onu 22 min nəfər izləyir.

Milli.Az