Ermənistanın məğlub olacağı CƏBHƏ, Kremlin yeni QARABAĞ PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
132 baxış·7 dəq oxu
Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri,
birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri
başlayıb. Azərbaycana gələn Rusiya nümayəndələrinin Ermənistandan
işğal edilmiş əraziləri Azərbaycana qaytarmağı tələb etməsi işğalçı
ölkədə şok effekti yaradıb. Ermənistan baş naziri Nikol Paşinyan
əhalini Qarabağda istənilən ssenariyə hazır olmağa çağırıb. ABŞ
İranla əməkdaşlıq edən şirkətlərə ikinci dərəcəli sanksiyalar
tətbiq edəcək. KXDR ballistik raketlərinin istehsalı üzrə
müəssisənin genişləndirilməsi prosesini başa çatdırır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi
plana əsasən iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun
növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə
genişmiqyaslı təlimləri başlayıb. Təlimlərə 20.000
nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika,
200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım
atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı
ordu və cəbhə aviasiyası cəlb olunub.
İyulun 6-dək davam edəcək təlimlərdə döyüş əməliyyatlarının
aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif
növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə
yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya,
bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA)
ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum
əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad
edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.
Kreml Ermənistandan əraziləri Azərbaycana qaytarmağı
tələb edir. Bu barədə erməni siyasi şərhçi Razmik
Akopdjanyan Rusiya nümayəndə heyətinin 2016-cı ilin “aprel
müharibəsi”i zamanı işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə və
Lələtəpə yüksəkliyinə baş çəkməsini şərh edərkən deyib.
Xatırladaq ki, iyulun 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndində “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan
Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans
keçirilib.
Bu konfrans və görüşlə Rusiyanın Dağlıq Qarabağ münaqişəsində
Azərbaycana açıq dəstək göstərməsi Ermənistanda narahatlıq
yaradıb.
Putinin adamlarının Lələtəpəyə ilk səfərinin SİRRİ: Kreml yeni Qarabağ planı hazırlayır
Ermənistan baş naziri Nikol Paşinyan əhalini
Qarabağda istənilən ssenariyə hazır olmağa çağırıb.
Paşinyan bu çağırışı cəbhədəki vəziyyəti şərh edərkən
səsləndirib.
O, erməni hərbi birləşmələrinin hadisələrin istənilən
ssenarisinə hazır olmasının vacibliyinə diqqət çəkib.
“Siz bilirsiniz ki, hərbi təlimlər olacaq. Onların (Azərbaycan)
bəyanatına əsasən bu təlimlər genişmiqyaslı formada həyata
keçiriləcək. Hesab edirəm ki, bizim ordumuz istənilən ssenariyə
hazır olmalıdır. Bu, mənim əmrimdir”, - deyə o bildirib.
Azərbaycan Ordusunun uğurlu əməliyyatları, bununla yanaşı, 2-6
iyul tarixində keçiriləcək 20 000 şəxsi heyət, 120 zirehli texnika,
200 raket-aetilleriya sistemi və 30 döyüş təyyarəsinin iştirak
edəcəyi hərbi təlimlər Ermənistanda ciddi qorxuya səbəb olub.
Paşinyanın açıqlaması da bunu bir daha sübuta yetirir.
Erməni şərhçi Sarqis Artsruni Paşinyanın bəyanatını şərh edərkən
bildirib ki, Ermənistan müharibə istəmir, lakin buna həm də
hazırlaşır.
“Əlbəttə, Ermənistan maksimum çalışmalıdır ki, 2016-ı ilin
“aprel müharibəsi”ndəki nümunə təkrarlanmasın. “Aprel müharibəsi”
Ermənistan ordusunun hərtərəfli müflisliyini, döyüş bacarığının
olmamasını, həmçinin, xarici siyasətdəki zəiflikləri ortaya
çıxardı”, - deyə o bildirib.
Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra
qorxuya düşən Ermənistan Naxçıvan istiqamətində hücum etməyə
hazırlaşır. Erməni ekspertlər cəmiyyəti yeni
müharibəyə hazırlayan açıqlamalar verirlər.
Erməni millətçiliyi ilə seçilən Levon Şirinyan iddia edir ki,
Azərbaycan Ordusu əlverişli məqamda ərazilərin azad olunması üçün
hərəkətə keçəcək.
Ermənistan Azərbaycanın bu şəhərinə HÜCUMA HAZIRLAŞIR - VİDEO
“F-35” beşinci nəsil Amerika qırıcıları və Rusiyanın
“Triumf” S-400 zenit-raket sistemlərinin Türkiyə tərəfindən
alınması “stels” (gözəgörünməz) texnologiyasının məxfiliyini
təhlükə altına qoya bilər. Bu haqda Böyük
Britaniyanın “The Daily Telegraph” qəzeti bildirib.
“Mən müasir “F-35” təyyarələrinin Türkiyəyə verilməsini
dəstəkləyirəm. Amma onlar Rusiyadan “S-400” sistemlərini əldə
edərsə, bunun əleyhinəyəm. Bu addım Birləşmiş Ştatlar və
müttəfiqlərimizin milli təhlükəsizliyini təhlükə altına qoya
bilər”, - nəşr Amerika senatoru Kris Van Hollendən sitat
gətirib.
O hesab edir ki, Ankaranın “S-400” sistemlərinə malik olması
ruslara “F-35” qırıcı-bombardmançıların imkanlarını
qiymətləndirməyə və onun zəif tərəflərini aşkar etməyə imkan
verəcək.
ABŞ-ın “S-400”-lərlə bağlı qorxusunun SİRRİ AÇILDI
Şimali İraqda PKK terror təşkilatına qarşı
əməliyyatlara ara verməyən “Mehmetçik” sərhədlərinin terrordan
təmizlənməsində önəmli addım atıb. Türkiyə Silahlı
Qüvvələri Türkiyə-İran-İraq üçbucağında yerləşən Zaqros dağlarını
mühasirəyə alıb.
Əməliyyata Xüsusi Qüvvələr Komandirliyinə bağlı “Bordo bereli”
xüsusi təyinatlıları da qatılıb. Qeyd edək ki, Zaqros dağları
PKK-nın Şimali İraqda əsas sığınacaqlarından sayılır.
ABŞ prezidenti Donald Trampın yaxın qrupunun
üzvlərindən biri, Trampın vəkili və Nyu-York şəhərinin keçmiş
bələdiyyə başçısı Rudi Culiani Fransada İran hakimiyyətinə müxalif
olan “Xalqın Mücahidləri Təşkilatı”nın toplantısına
qatılıb. Culiani İranda hakimiyyət dəyişikliyinə
çağırış edib.
O, İrana qarşı sanksiyaların artacağını bildirib.
“İran rejiminin sonunun yaxınlaşdığını görürük. Molllalar
getməlidir. Azadlığa çox az qaldı. Bir il sonra bu toplantının
Tehranda təşkil etmək istəyirəm”, - vəkili deyib.
Bir vaxtlar ABŞ və Avropanın “terror siyahısı”na daxil edilən və
Məryəm Rəcavinin rəhbəri olduğu “İran Mücahidləri Təşkilatı”nın
toplantısına qatılan təxminən 4 min adama müraciət edən Culiani
dini liderin getməli olduğu və Rəcavinin liderliyi ilə demokratik
bir hökumətin qurulmalı olduğunu vurğulayıb.
İranda hakimiyyət bu tarixdə DEVRİLƏCƏK – Trampın adamı dəqiq TARİXİ AÇIQLADI
ABŞ İranla əməkdaşlıq edən şirkətlərə ikinci
dərəcəli sanksiyalar tətbiq edəcək. Bu sözləri ABŞ
Prezidenti Donald Tramp deyib. O, buna səbəb kimi ABŞ-ın İranla
nüvə razılaşmasından çıxmasını göstərib:
“Bəli, gözlənilir ki, biz bunu edəcəyik. Əlbəttə...”, - deyə Ağ
Ev rəhbəri bildirib.
Qeyd edək ki, son günlər İranda yaşanan böhranlı iqtisadi
vəziyyət minlərlə insanın küçələrdə etiraza qalxmasına səbəb
olub.
ABŞ-ın Nevada ştatında B61-12 nüvə bombasının
sınaqları keçirilib. Bu haqda Birləşmiş Ştatların
Energetika Nazirliyinin mətbuat xidməti bildirib.
Bununla da yeni idarə olunan qravitasiya bombasının sınaqları
seriyası başa çatdırılıb. Sınaqlar iyunun 9-da Nevada ştatında
poliqonda keçirilib.
“İxtisas test uçuşları göstərir ki, B61-12-nin dizaynı sistem
tələblərinə uyğundur”, - xəbərdə deyilir.
Rusiya Türkiyə ərazisindən bu bombalarla vurulacaq - ABŞ-dan ƏZƏLƏ NÜMAYİŞİ
ABŞ və Rusiya liderləri – Donald Tramp və Vladimir
Putinin qarşıdakı sammiti üçün mərkəzi element Suriyanın gələcəyi
və İranın Suriya ərazisindən sıxışdırılması üzrə Vaşinqton-Moskva
əməkdaşlığı olacaq. Bu haqda “CBS News” telekanalın
efirində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi
Con Bolton danışıb.
Bolton bildirib ki, Vaşinqtonda Suriya prezidenti Bəşər Əsəd
mövzusundan imtina ediblər.
“Düşünmürəm ki, Əsəd strateji məsələdir. Düşünürəm ki, İran
strateji məsələdir”, - Bolton Amerika telekanalına söyləyib.
Qeyd edək ki, Donald Tramp və Vladimir Putin arasında görüş
iyulun 16-da Helsinkidə keçiriləcək.
“Şimal Axını-2” layihəsində iştirak edən istənilən
şirkətə qarşı sanksiya qeyri-qanunidir. Bunu
jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi
Dmitri Peskov deyib. Onun sözlərinə görə, “Şimal Axını-2”-nin heç
bir siyasi motivi yoxdur.
O, bu layihənin yalnız iştirakçı ölkələrin kommersiya
maraqlarına uyğun olduğunu vurğulayıb.
ABŞ-ın Avropa Birliyindən gətirilən avtomobil və
avtoehtiyat hissələrinə tətbiq etdiyi yeni gömrük rüsumları yanlış
addımdır. Bu barədə məlumat ABŞ Ticarət Nazirliyinə
Avropa Birliyinin göndərdiyi məktubda yer alıb. Rəsmi Brüssel
məktubda ABŞ-ın bu addımlarına cavab veriləcəyini və nəticədə
Vaşinqtonun 294 milyard dollar itirəcəyini bildirilib.
Koreya Xalq Demokratik Respublikası (KXDR) ballistik
raketlərinin istehsalı üzrə müəssisənin genişləndirilməsi prosesini
başa çatdırır. Bu haqda peyk təsvirlərinin
tədqiqatlarının nəticələrinə istinadən “Wall Street Journal” nəşri
iddia edib.
“Planet Labs Inc” şirkətinin təsvirləri Kaliforniyadakı
Middlberi beynəlxalq tədqiqatlar İnstitutunun mütəxəssisləri
tərəfindən təhlil edilib. Söhbət Şimali Koreyanın Xamxın şəhəri
ərazisində yerləşən obyektdən gedir. Nəşrin məlumatına görə, bu
zavodda ballistik raketlər edilir və demək olar ki, hazırlıqsız bu
raketlərlə ABŞ-ın Asiyadakı hərbi obyektlərinə zərbə vurmaq olar.
Həmçinin, Pxenyan ən böyük mənzilli raketlərinə yerləşdiriləcək
döyüş başlıqları isə ABŞ-ın kontinental hissəsini vura bilər.
Peyk görüntüləri müharibəni yaxınlaşdırır – İki saata MƏHV EDİLƏCƏK