Bakıda sərnişin avtobusunda TƏHLÜKƏLİ VƏZİYYƏT

Metronun “Əcəmi” stansiyasından Biləcəri qəsəbəsi istiqamətində hərəkət edən 92 nömrəli avtobusda təhlükəli vəziyyət yaşanıb.

Metbuat.az-ın Votsap nömrəsinə göndərilən videoda göründüyü kimi, sürücü avtobusu qapıları açıq şəkildə idarə edərək, sərnişinlərin həyatını riskə atıb.

Xatırladaq ki, oxşar hadisə bir neçə gün öncə paytaxtın Sabunçu rayonunda qeydə alınmışdı. 40 nömrəli avtobusun sürücüsü marşrutu qapıları açıq şəkildə idarə edərkən avtobusda pulyığan işləyən Cabbarov Tural Elçin oğlu qapıdan yola yıxılmış, ağır bədən xəsarətləri aldığı üçün həyatını xilas etmək mümkün olmamışdı.

92 nömrəli avtobusda yaşanan hadisə yenidən sürücü məsuliyyətsizliyini gündəmə gətirib.

Metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev bildirib ki, məsələni araşdırıb, marşrut xətti üzrə daşıyıcıya xəbərdarlıq ediləcək.

Xəyalə Məmmədova / METBUAT.AZ

İsti havada bu işlərin görülməsi DAYANDIRMALIDIR- Açıqlama – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR