“Türkiyə bizim üçün qardaş ölkədir, orada yaşayan azərbaycanlılar özlərini evlərindəki kimi hiss edirlər”.

Metbuat.az-ın məlumatlna görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib: “Bizim görüşlərimizin nəticəsi olaraq Türkiyə və Azərbaycan diasporalarının bizdə və digər ölkələrdə olan təşkilatların birgə fəaliyyəti istiqamətində artıq razılığa gəlmişik. Şükürlər olsun ki, Türkiyədə də, Azərbaycanda da əmin-amanlıq var və biz bu əmin-amanlığı qoruyub-saxlamalıyıq. Bu baxımdan istər Azərbaycanda yaşayan türk qardaş-bacılarımız, istərsə də Türkiyədə yaşayan azərbaycanlılar özlərini çox rahat hiss edirlər. Buna görə də bir daha Türkiyəyə təşəkkür etmək istəyirəm. Bizim Türkiyədə yaşayan həmyerlilərimiz mədəniyyət, iqtisadiyyat və digər sahələrdə böyük uğurlara imza atan insanlardılar. Bu ona görə mümkün olub ki, Türkiyə dövləti onları öz vətəndaşları kimi qəbul edib və hər zaman dəstəkləyir”.

Günay Elşadqızı / METBUAT.AZ