Rusiyalı deputatların Cocuq Mərcanlıya səfərindən sonra Rusiya mediasındakı ermənipərəst şəxslər və erməni lobbisinin nümayəndələri onlara qarşı kampaniyaya başlayıblar.
Bundan əlavə, ötən gün Bolqarıstan BTV televiziyasında Azərbaycan həqiqətlərilə bağlı “Qarabağ həqiqətləri” adlı geniş material nümayiş olunub. Erməni diasporasının nümayəndələri həmin reportajı hazırlayan jurnalistləri təhdid etməyə başlayıb.
Metbuat.az-ın məlumatına görə, məsələyə münasibət bildirən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, erməni diasporası hazır olsun: “Artıq bütün istiqamətlərimizdə Azərbaycan diasporasının birləşməsi prosesi gedir. Erməni diasporası hazır olmalıdır, çünki onlar bu illər ərzində gördükləri çirkin fəaliyyətlərinin qarşısının alınmasını görəcəklər. Biz onların bu təxribatlarını bilirik. Onlar digər ölkələrdə də çalışırlar ki, bu istiqamətdə müxtəlif işlər həyata keçirsinlər. Bu baxımdan mən bir daha bizim diaspora təşkilatlarına bildirirəm ki, birləşərək ümumilli məqsədlərimizə çatmaq üçün görüləcək fəaliyyətlərdə Diaspora Komitəsi hər zaman onların yanında olacaq.
Bizim torpaqlarımız işğal altındadır. Erməni lobbisi və onu dəstəkləyən qruplar artıq bilməlidilər ki, yaxın zamanlarda onlara çox böyük, ciddi zərbələr endiriləcək. Bu, Azərbaycanın ən vacib məsələlərindən biri olan ərazi bütövlüyü məsələsidir. Mən azərbaycanlılarımıza səslənirəm, Azərbaycan naminə, Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunub saxlanması istiqamətində atılan addımlarda onlar bilməlidilər ki, biz onların yanındayıq. Bir daha erməni diasporasına xəbərdarlıq etmək istəyirəm ki, öz çirkin əməllərindən əl çəksinlər. Artıq diaspora təşkilatlarımız birləşir və yaxın zamanlarda bizim ictimaiyyət də, orada yaşayan ictimaiyyət nümayəndələri də bunu görəcək”.
Günay Elşadqızı / METBUAT.AZ
“Əsas iş prinsipimiz budur ki, birləşək, birgə fəaliyyət göstərək” – Fuad Muradov
“Türkiyə ilə birgə fəaliyyət istiqamətində razılığa gəlmişik” – Komitə sədri