Bu axşam qeyd olunan ərazilərə SU VERİLƏCƏK

“Bakının 95%-dan çoxunu su ilə təmin etmişik”.

Bu sözləri Metbuat.az-a açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, lokal problemlər hələ də qalmaqdadır:

“Lokal problemlər Xətai rayonunun Köhnə Günəşli qəsəbəsi, Sabunçu rayonu Sabunçu qəsəbəsi, Zabrat, Balaxanının bir hissəsi, daha sonra Suraxanı rayonunun Əmircan, Bül-bülə hissəsində qalır. Digər ərazilərə - Hövsan və Zığa dünən su verilib. Problemlər Xocahəsən, Sulutəpə, Xəzər, Şüvəlan, Mərdəkan və bağların bir hissəsində qalır. Bu da çox kiçik problemlərdir. Bu axşam qeyd olunan ərazilərə su veriləcək. Hazırda “Azərsu” tam stabillik əldə edib. Əhalini artıq normal qaydada su ilə təmin edəcək. Yəni, xırda lokal problemlər yaşana bilər. Bu da problem oldu-olmadı hər bir zaman qeydə alınır”.

Qeyd edək ki, iyulun 3-4-də Bakının və ölkənin enerji təchizatında yaranan problem su verilişində fasilələrə səbəb olmuşdu.

Xəyalə Məmmədova / METBUAT.AZ

Elmar Vəliyevin güllələnməsi planlaşdırılmış terror aktıdır - Rəsmi açıqlama – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR