"Vallahi, əxi, şəhadət şərbətini içməyə gedirəm! Kefim kökdür!"
Bunu deyən yeniyetmə terrorçu sükan arxasına əyləşir. O, "inqimasi"dir, yəni partladıcı maddə ilə doldurulmuş avtomobilin sürücüsü. Belə avtomobillər "şəhid mobil" adlandırılır və partlayışlar törətmək üçün istifadə olunur.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, həmin yeniyetmə "Əl Qaida" terror şəbəkəsinin Səudiyyə Ərəbistanındakı mənsublarından, sadəcə, biridir.
"Path of Blood" ("Qan yolu") filmi "Əl Qaida"nın Səudiyyə Ərəbistanındakı fəaliyyətindən bəhs edir, terrorizmin indiyədək görünməyən simasını göstərir.
Səudiyyə Ərəbistanın dərinliklərində, səhrada gənclər "cihadçılar düşərgəsi"ndə terror təlimi keçirlər. Onların məqsədi ölkə hakimiyətini devirərək Səudiyyədə "Şəriət dövləti" qurmaqdır.
Filmdə terrorçuların "inqimasi"lər vasitəsilə paytaxt Ər-Riyadda partladıcı maddə ilə dolu üç avtmobili partlatdığı anların görüntüləri də var. Polis və hərbçilərdən ağır zərbələr alan, gizlənən terrorçular daha da qəddarlaşırlar.
Sənədli film idealizmlə "beyinlərin yuyulması"nın birləşdiyi zaman yeniyetmələrin və gənclərin sərsəmliyə, terrora, cəlladlığa qapılmalarından bəhs edir.
"Allahu əkbər!" bağırıb özlərini partladanlar cənnətə düşdüklərini düşünsələr də, onların yeri cəhənnəmdir.
Qatil, terrorçu, əliqanlı cahil olduqlarına görə.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: