Məşhur kanadalı müğənni, 24 yaşlı Castin Biber yaşıdı, amerikalı model və teleaparıcı Heyli Bolduinlə nişanlanıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, H.Bolduin məşhur amerikalı aktyor və rejissor Alek Bolduinin kiçik qardaşı, aktyor Stiven Bolduinin qızıdır.

2017-ci ilin mayında Maxim jurnalının "Dünyanın ən gözəl qadını" seçdiyi H.Bolduin ötən ilin noyabrında "FN Achievement Awards 2017" mərasimində "Stil və moda aləmində dünyanın ən nüfuzlu qızı" titulunu alıb.

2015-2016-cı illərdə Castin Biberlə Heyli Bolduin arasında çox sıx münasibətlər vardı. Lakin Biber modeli tərk edərək amerikalı aktrisa və müğənni Selena Qomesə vurulmuşdu.

Baham adalarındakı restoranlardan birində Castin Biber sevgilisi H.Bolduinə evlənməyi təklif edib.

Onlar yaxın vaxtlarda toy edəcəklərini vurğulayıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Castin Biber nişanlandı: toya az qalıb - VİDEO - FOTO Castin Biber nişanlandı:toya az qalıb