Türkiyə ötən gündən etibarən rəsmən prezident üsul idarəsinə keçib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq yeni hökumətin tərkibi də təsdiqlənib.

Məlumatda bildirilir ki, prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Quru Qoşunlarının komandanı ordu generalı Yaşar Gülər Müdafiə Nazirliyi Baş Qərargah rəisi vəzifəsinə təyin olunub.

Bundan əvvəl Baş Qərargah rəisi Hulusi Akar idi.

Prezidentin qərarı ilə Hulusi Akar isə müdafiə naziri təyin olunub.

Günay Elşadqızı / METBUAT.AZ

İngiltərənin xarici işlər naziri istefa verdi - Dünya