İngiltərəyə yeni xarici işlər naziri təyin olunub.

Metbuat.az xarici KİV-ə istinadənm xəbər verir ki, baş nazir Tereza Mey Boris Consonun istefasından sonra Ceremi Hantı xarici işlər naziri təyin edib.

Qeyd edək ki, ötən gün Boris Conson istefasını baş nazir Tereza Meyə təhvil verib və istefası qəbul olunub. Consonun istefasından bir gün əvvəl, iyulun 8-də isə ölkənin Avropa İttifaqından ayrılması prosesinə (Breksit) nəzarət edən nazir David Davis də istefasını bəyan etmişdi. O, öz açıqlamasında Birləşmiş Krallığın baş naziri Brüssellə aparılan Breksit danışıqlarını sarsıtdığı üçün istefa verir. Onun sözlərinə görə, Birləşmiş Krallıq Avropa İttifaqını tərk etdikdən sonra parlament gücünü bərpa edə bilməyəcək.

Günay Elşadqızı / METBUAT.AZ

İngiltərənin xarici işlər naziri istefa verdi - Dünya