43 il əvvəlin modeli olan avtomobilini elə formaya saldı ki…

Türkiyədə manisalı maşın ustası Özkan Uguner 1975-ci il modeli olan “Murat 124” markalı avtomobilini təmir edərək tamamilə dəyişdirib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, klassik avtomobil həvəskarı olan usta, 1975-ci il modeli olan avtomobilinin arxasına başqa model avtomobili ortadan kəsərək birləşdirib. Maşın ustası uşaqları ilə birgə yeni düzəltdiyi avtomobili ilə Türkiyə turuna çıxıb. Yolda qeyri-adi avtomobil görən hər kəsin diqqətini cəlb edir.

Yağışlı havada avtomobilin içində oturan ailə üzvləri, isti havalarda isə maşının arxa hissəsinə birləşdirilən yerdə otururlar. Yeni düzəltdiyi avtomobili ilə Bursaya gedən Özkan Uguner deyir: “Bu maşını gecə-gündüz işləyərək bu vəziyyətə gətirmişəm. Bəziləri 1975-ci il modeli olan avtomobil üçün bu qədər əziyyət çəkməyə dəyərmi soruşur? Onlara bildirmək istəyirəm ki, hobbi başqa şeydir. Bu maşınla turlara qatılıram, Türkiyəni gəzirəm. "Bu avtomobili satmaq istəyirsən?" sualını verənlər də çox olur. Ancaq bu mənim hobbimdir, satmaq istəmirəm”.

İngiltərinin yeni xarici işlər naziri müəyyən olundu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR