Xırdalan sakinləri QORXU İÇİNDƏDİR

Xırdalan şəhər sakinləri qorxu içindədir.

Metbuat.az bildirir ki, Rəsul Rza küçəsində yaşayan sakinlərin bu qorxusuna səbəb evlərə ötürülən elektrik enerjisinin zəif olmasıdır. Ərazidə yerləşən transformatorun gücü çatmadığından, sakinlərə normal gərginlik ötürülə bilmir. Gərgiliyin normal səviyyəyə çatdırılması üçün stablizatorların belə elektrik avadanlıqlarının işlədilməsinə gücü çatmır.

İnsanlar isti günlərdə nəinki kondisioner, heç soyuducunu belə işlədə bilmir. Onlar hər an hansısa bir bədbəxt hadisənin baş verməsindən narahatdırlar.

Məsələ ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda qeyd olunan ərazidə problem var:

“Əvvəllər o cür problemlər olmayıb. Əməkdaşlarımız problemi artıq nəzərə alıb, yaxın vaxtlarda aradan qaldıracaqlar”.

Məsələ diqqətimizdədir...

Xəyalə Məmmədova / METBUAT.AZ

Ölümlə nəticələnən avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR