16 yaşlı M.Ö., özündən böyük bacısı ilə eşq yaşayan 41 yaşlı Mehmet K-nı tapançadan açdığı atəşlə öldürüb.

Metbuat.az GoldNews.az-a istinadla xəbər verir ki, hadisə dünən gecə saatlarında Türkiyənin Konya şəhərində baş verib. Məhəllənin girişindəki avtoyumada çalışan 16 yaşlı M.Ö., iş yerində bacısı ilə birlikdə olan evli və 3 uşaq atası Mehmeht K.-nı görüb. Avtomobilinə benzin alan inşaat işçisi Mehmetin yanına gedən 16 yaşlı yeniyetmə belindən çıxardığı silah ilə ona 3 dəfə atəş açıb. Mehmet hadisə yerində keçinib.

Meyitin başı üzərində jandarmanı gözləyən 16 yaşlı oğlan onlara "Sizi gözlədim, namusumu təmizlədim" deyib. O çıxarıldığı məhkəmədə həbs edilib.

Hadisənin görüntülərini təqdim edirik: