“Hədəfimiz ABŞ-ın PYD/YPG ilə münasibətlərini kəsməkdir”

Prezident Rəcəb Tayyib Ərdoğan Brüsseldə təşkil olunan NATO sammitindən geri dönən zaman təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, əsas mövzu ABŞ prezidenti Donald Trampla görüş olub. “F-35”-lərlə bağlı məsələnin müzakirə olunduğunu bildirən Ərdoğan qeyd edib ki, bu döyüş təyyarələri üçün ümumilikdə 900 milyon dollar pul ödəniləcək. “Cənab Tramp, bu müqavilənin eynilə tətbiq olunacağını bildirib” deyən Ərdoğan qeyd edib ki, Ağ Evə məktub göndərərək sanksiyalara qarşı olduğunu bildirib.

Dövlət başçılarının görüşündə Mənbiç məsələsi də müzakirə edilib. Mənbiçlə bağlı ABŞ-la olan razılığın planlaşdırıldığı kimi davam etdiyini bildirən Ərdoğan qeyd edib ki, əsl hədəfləri ABŞ-ın PYD və YPG ilə bütün münasibətlərini kəsməkdir: “Mənbiç məsələsində indi gündəmdə olan PYD-YPG-nin Fəratın şərqinə tərəf çəkilməsidir. Bundan əlavə, əhalisinin 90%-nin ərəb olduğu Mənbiçə oranın öz sakinlərini geri qaytarmaq istəyirik”.

NATO zirvəsində Türkiyənin terrorla mübarizəsini dəstəkləyəcək qərar da verilib. Bu qərara görə NATO İraqda hərbi təlim keçəcək, Türkiyə isə komandir köməkçiliyini öz üzərinə götürəcək. Ərdoğan, Türkiyənin NATO-nun İraqda başlayacağı hərbi təlimlərdə komandir köməkçiliyini üzərinə götürməsilə İraq və NATO-ya verdiyi dəyəri göstərdiyini bildirib: “Bu vəzifəni üzərimizə götürməyimiz, İraqın sabitliyinə və təhlükəsizliyinə olan bağlılığımızın dəqiq təzahürüdür”.

Günay Elşadqızı / METBUAT.AZ

Pakistanın keçmiş baş naziri həbs edildi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR