Azərbaycan cüdoçuları Avropa kubokunun qalibi oldular

Azərbaycan cüdoçuları Avropa kubokunun qalibi oldular
03:58 16 İyul 2018
65 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın Sarbrüker şəhərində cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub.

Publika.az-ın məlumatına görə, mötəbər turnirin ikinci günü millimiz üçün daha uğurlu olub. Belə ki, təmsilçilərimiz 2 qızıl, 1 gümüş medal qazanıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. +100 kq çəki dərəcəsində isə Azərbaycan finalı yaşanıb. Belə ki, həlledici görüşdə Uşanqi Kokauri və Şahin Qəhrəmanov üz-üzə gəlib. Kokauri qızıl, Qəhrəmoanov isə gümüş medal əldə edib.

Bununla da, millimiz Avropa Kuboku yarışını 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

Qeyd edək ki, 26 ölkədən 387 (269 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/247463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR