Şahzadələr Trampla görüşdən

Böyük Britaniya şahzadələri Çarlz və Uilyam kraliça II Yelizavetanın ABŞ prezidenti Donald Trampla görüşündə iştirakdan imtina ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə “Times” nəşri məlumat yayıb. Məlumatda deyilir: “Onlar sadəcə iştirakdan imtina etdilər. Kraliçanın orada tək olması çox qəribədir”.

Məlumata görə, Trampla II Yelizavetanın görüşü zamanı şahzadə Uilyam gtxeyriyyə yarışında iştirak edib, şahzadə Çarlz isə Qlosterşir qraflığı polis idarəsinin tədbirinə qatılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR