Başını kəsdi, bədənini doğradı -

Rusiyada bir bankın rəhbəri olan 28 yaşlı Sergey Kovalçul törətdiyi dəhşətli cinayətlə ölkəsində hər kəsi şoka salıb.

Metbuat.az Rusiya KİV-inə istinadla xəbər verir ki, mübahisə etdiyi sevgilisini bıçaqla doğrayan Kovalçul daha sonra bu əməlini gizlətmək üçün qadının parçalanmış bədənini ayaqyoluna atıb.

O, bıçağa əl atmamışdan əvvəl 23 yaşlı sevgilisi Vera Nurbayevanı boğaraq öldürüb. Daha sonra mətbəx bıçağı ilə bədənini hissələrə parçalayaraq, ayaqyoluna atıb.

Sevgilisinin kəsilmiş başı, əl və ayaqlarını zibil paketinə qoyaraq Moskva şəhərinin kənarındakı zibilliyə atıb.

Cinayətini etiraf edən 28 yaşlı qatilə 9 il azadlıqdan məhrumetmə cəzasının verilməsi cəmiyyətin etirazına səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR