Bakıda avtobusda insident

Bakıda 57 nömrəli sərnişin avtobusunda insident baş verib.

Metbuat.az bildirir ki, hadisə şahidlərinin AzVision.az-a verdiyi məlumata görə, sərnişinlərdən biri avtobusu dayanacaqdan kənarda saxlatdırmaq istəyib. Lakin sürücü bunun qanunsuz olduğunu bildirib. Bundan əsəbləşən kişi sərnişin sürücünün yaxasından yapışaraq ona ağır zərbələr endirib.

Bəzi sərnişinlərin narazlığından sonra nəqliyyat vasitəsindən düşüb və avtobusun pəncərəsini sındıraraq hadisə yerindən uzaqlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR