"Xəzər-Lənkəran" (Moskva) komandası Rusiya paytaxtı Moskvada 8x8 sistemi üzrə həvəskarlar arasında keçirilən "Urban Cup" Açıq Yay Kuboku uğrunda yarışlarda ardıcıl ikinci qələbəsini qazanıb.

Milli.Az xəbər verir ki, "Б" qrupundakı ikinci oyununda "Nord-East United" komandası ilə qarşılaşan "Xəzər-Lənkəran" rəqibin qapısından 2 cavabsız top keçirərək qalib gəlib.

Qeyd edək ki, "Xəzər-Lənkəran"ın yer aldığı qrupda növbəti mərhələ uğrunda 7 komanda mübarizə aparır. Bundan əvvəlki oyunda "həmyerlilərimiz "İsfana"nı 5:0 hesabı ilə məğlub etmişdi.

"Xəzər-Lənkəran" Moskvada rəqiblərinə aman vermir - FOTO

"Xəzər-Lənkəran" Moskvada "Urban Cup"da ilk qələbəsini qazandı