“Volkswagen” 16 yaşlı oğlanı vurdu

“Volkswagen” 16 yaşlı oğlanı vurdu
07:09 18 İyul 2018
75 Digər
Ölkə mətbuatı
A- A+

Gecə saatlarında Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.

 

APA-nın verdiyi xəbərə görə, avtoqəza yeraltı piyada keçidinin yaxınlığında baş verib.

 

Məlumata əsasən, "Volkswagen Touareg" markalı minik maşını Heydər Əliyev prospekti ilə şəhərin mərkəzindən aeroport istiqamətində hərəkətdə olan zaman 2002-ci il təvəllüdlü Aqşin İslamovu vurub. Müxtəlif xəsarətlər alan 16 yaşlı yeniyetmə təcili 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı onun qapalı kəllə-beyin travması aldığı müəyyən edilib və hazırda vəziyyəti orta ağırlıqdadır.

 

Yol qəzasının təfərrüatlarını Nərimanov polisi araşdırır. Məlum olub ki, A.İslamov yolu piyadalar üçün nəzərdə tutulmamış yerdən keçmək istəyib. Bu vaxt o, avtomobilin yan güzgüsünə dəyib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/306002

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR