Yaponiya parlamenti hökumətə etimad göstərilməməsi ilə bağlı qətnaməni

Yaponiya parlamentinin aşağı palatası hökumətə etimad göstərilməməsi barədə təklif edilən qətnaməni qəbul etməyib.

Metbuat.az xəbər verir ki, Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi hökumətə etimad göstərilməməsi barədə qətnamə layihəsi altı müxalif partiya tərəfindən irəli sürülüb.

Qətnamə layihəsini təklif edən müxalif partiyaların əsas arqumenti artıq iki ildir ki, davam edən iki böyük qalmaqalla əlaqələndirilir. Müxalif Yaponiya Konstitusiyalı Demokratlar Partiyasının baş katibi Fukuyamu Tetsuronun sözlərini sitat gətirən Kyodo agentliyi yazır: “Şinzo Abe hökuməti etimadı itirib, çünki o, “Moritomo qakuen” və “Kake qakuen” ətrafında baş verən qalmaqallara aydınlıq gətirmək istəmir”.

Xatırladaq ki, son iki ildə Ş.Abe hökumətini bir sıra qalmaqallar silkələyib. Bunların sırasında Baş nazirin xanımının adının hallandığı və dövlət torpaqlarının “Moritome qakuin” təşkilatına Maliyyə Nazirliyi tərəfindən saxtalaşdırılmış sənədlərlə ucuz qiymətə satılması ilə əlaqədar qalmaqal xüsusi yer tutur.

İkinci məsələ isə, “Kake qakuin” təşkilatına məxsus yeni baytarlıq məktəbinin yaradılması ilə əlaqədardır ki, burada da Baş nazirin özünün adı hallandırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR