Paltaryuyan maşına bir neçə folqa topları atsanız... -

Paltaryuyan maşının içinə bir neçə alüminium folqa topları atmaqla paltarların elektriklənməsinin qarşısını ala bilərsiniz.

Metbuat.az Publika.az-a istinadla bildirir ki, paltarları ağartmaq və ləkələri çıxartmaq üçün bir neçə maraqlı üsulu təqdim edir.

Aspirin həbi

Paltaryuyan maşına aspirin qoymaqla paltarları ağarda bilərsiniz. Aspirinin tərkibindəki salisilik turşu ağ parçalardakı sarı ləkələri yox edir. Bunun üçün paltaryuyan maşına sadəcə bir neçə aspirin həbi qoymaq kifayətdir.

Paltaryuyan maşının içinə bir neçə alüminium folqa topları atın

Paltaryuyan maşına bir neçə alüminium folqa topları qoymaqla paltarların elektriklənməsinin qarşısını almaq mümkündür.

Makiyaj ləkələrini çıxarmaq üçün təraş kremi istifadə edin

Makiyaj ləkələrinin üstünə təraş kremi sürtüb yumağa atsanız, ləkələr dərhal çıxacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR