Restorana xanımı ilə birlikdə nahar etməyə yollanmış kişi meyvə şirəsi götürmək üçün piştaxtaya tərəf gedəndə gənc ofisiant qızı görüb. O, əli ilə qızın arxasına toxunub. Qız da onu itələyib yıxıb, söyüb, sonra isə polis çağırıb. Olay ABŞ-ın Corciya ştatındakı Savanna şəhərində yerləşən "Vinnie Van Go-Go" restoranında yaşanıb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, hadisənin qurbanı 21 yaşlı Emelia Holden mətbuata açıqlama verib.

"Necə oldu bilmədim. Hər şey ani baş verdi. Bu qədər gücüm olduğunu bilmirdim. Fərqi yoxdu kimdir, mənə hörmət etmirsə, cavabını almalıdır".

Milli.Az videonu təqdim edir:

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Arxasına toxunan oğlanı yerə yıxan qız: "Bu qədər gücüm olduğunu bilmirdim" - VİDEO - FOTO Restoranda ofisiant qıza əl atdı: əxlaqsız müştəri tutuldu