Moskvadan Qərbə MESAJ: “Bunun əvəzində sanksiyalar yumşaldılmalıdır”

Moskvadan Qərbə MESAJ: “Bunun əvəzində sanksiyalar yumşaldılmalıdır”
20:33 21 İyul 2018
54 Digər
Ölkə mətbuatı
A- A+

“Nüvə proqramının dondurulması üzrə Koreya Xalq Demokratik Respublikasının addımları BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi sanksiyaların yumşaldılması ilə müşayiət olunmalıdır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Federasıya Şurasının beynəlxalq işlər üzrə komitənin başçısı Konstantin Kosaçev jurnalistlərə bildirib.

“Şimali Koreya nüvə proqramının dondurulması üzrə müəyyən addımlara təşəbbüs edir. Bizim fikrimizcə, bu addımlar BMT Təhlükəsizlik Surasının səviyyəsində qəbul olunan sanksiyaların yumşaldılması ilə müşayiət olunmalıdır”, - Kosaçev vurğulayıb.

Kosaçev qeyd edib, bu, Koreya probleminin nizama salınması üzrə Rusiya və Çinin irəli sürdüyü təkliflərinin məntiqinə tamamilə uyğundur.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda keçirilən yüksək səviyyəli ABŞ-Şimali Koreya sammitində Pxenyanın nüvə-raket proqramının dondurulması haqqında razılıq əldə olunub. Ancaq BMT Təhlükəsizlik Şurasının sanksiyaları Şimali Koreya ilə əməkdaşlığın qaydaya salınmasına mane olur.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/248091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR