Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə
etməklə sutka ərzində atəşkəs rejimini 93 dəfə pozub.
Azərbaycanın Müdafiə Nazirliyindən Publika.az-a
verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan
rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan
rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Qızılhacılı və Bala
Cəfərli kəndlərində, Berd rayonunun Ayqedzor kəndində yerləşən
mövqelərdən Tovuz rayonunun Qaralar kəndində, Krasnoselsk rayonu
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy
rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən
mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam
rayonunun Tağıbəyli, Şıxlar, Şirvanlı, Mərzili, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd,
Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar
kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
ordumuzun mövqeləri atəşə tutulub.