“Qarabağ” yeni hücumçu aldı

“Qarabağ” yeni hücumçu aldı
10:18 22 İyul 2018
75 İdman
Ölkə mətbuatı
A- A+

"Bursaspor"un hücumçusu Dzon Delarqe karyerasını Azərbaycanda davam etdirəcək.

Publika.az apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Superliqa klubu meydandakı oyunundan çox, şəxsi həyatı ilə gündəmə gəlməsindən narahat olduğu üçün onu yola salmaq qərarına gəlib. Delarqenin türklərlə müqavilə müddəti gələn yaya qədər olduğundan, "Qarabağ" transfer üçün qarşı tərəfə təzminat ödəyib. Həmkarlarımız "Bursaspor"un bu keçiddən 200 min dollar qazandığını bildiriblər.

Qeyd edək ki, Dzon Delarqe "Bursaspor"a ötən il Avstriya klubu "Admira"dan keçmişdi.

Bildirilir ki, Konqo millisinin forvardı bundan sonra "Qarabağ"ın formasını geyinəcək. Bursa klubunun transferə çıxardığı 28 yaşlı oyunçu Azərbaycan çempionu ilə hərtərəfli anlaşma əldə edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/248129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR