İki nəfəri it, bir nəfəri isə at dişlədi

İki nəfəri it, bir nəfəri isə at dişlədi
00:04 23 İyul 2018
74 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə iki nəfəri it dişləyib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Orta Zəyzid kənd sakini, 1970-ci il təvəllüdlü Mərziyə Nağdalı qızı Manafova sağ əlinin, rayonun İncə  kənd sakini 1961-ci il təvəllüdlü Kişbər Muxtar qızı Həşimova sol ayağın bud nahiyəsinin it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

 

MRX-dan APA-ya bildirilib ki, hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

 

Şəkinin daha bir sakinini isə at  dişləyib.

 

Məlumata görə, bu gün  saat 15 radələrində rayonun Birinci Biləcik kənd sakini, 1966-cı il təvəllüdlü Asim Yusif oğlu İslamov ailəsinə məxsus bağ torpağında atla iş görən zaman at onun sağ kürək və sol çinin nahiyəsindən dişləyib. Aldığı xəsarətlə bağlı Asim İslamov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX)  müraciət edib.

 

MRX-dan APA-ya bildirilib ki, Asim İslamova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/306306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR