Çavuşoğlunun Azərbaycana səfərinin tarixi açıqlanıb

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iyulun 24-də Azərbaycana səfər edəcək.

Metbuat.az xəbər verir ki, Türkiyənin xarici işlər nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Çavuşoğlu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla və digər rəsmilərlə görüşəcək: "Çavuşoğlunun Bakıya səfəri birgünlük olacaq".

XİN-də həmçinin qeyd ediblər ki, səfər zamanı Türkiyə və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi və digər regional məsələlər müzakirə olunacaq: "Gözlənilir ki, Çavuşoğlu Azərbaycanın baş naziri Novruz Məmmədovla görüş keçirəcək".

Çində tayfun səbəbindən 400 minə yaxın insan təxliyə edilib - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR