“Qarabağ”ın potensial rəqibləri bəlli olur - YENİLƏNİR

“Qarabağ”ın potensial rəqibləri bəlli olur - YENİLƏNİR
13:58 23 İyul 2018
89 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə 32 komanda iştirak edəcək. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Çempionlar yolunda mübarizə aparan təmsilçimiz “Qarabağ”ın da mümkün rəqibi bəlli olacaq. Ağdam klubu 2-ci mərhələdə Albaniyanın “Kukesi” klubunu keçərsə, 11 komandadan birinə rəqib olacaq. “Qarabağ” – “Kukesi” cütü səpələnmişlər səbətində yer alıb.

Çempionlar yolu

Səpələnmişlər

“Zalsburq” (Avstriya)

“Lüdoqorets” (Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi

“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi

“Legiya” (Polşa) – “Spartak” (Slovakiya) cütünün qalibi

“Astana” (Qazaxıstan) – “Midtulland” (Danimarka) cütünün qalibi

“Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya) cütünün qalibi

Səpələnməmişlər

BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi

“Dinamo” (Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi

“Şerif” (Moldova) – “Şkendiya” (Makedoniya) cütünün qalibi

“Malmö” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) cütünün qalibi

AEK (Yunanıstan)

Liqa yolu

Səpələnmişlər

“Benfika” (Portuqaliya)

PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə) cütünün qalibi

“Dinamo” (Kiyev, Ukrayna)

“Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya)

Səpələnməmişlər

“Fənərbaxça” (Türkiyə)

“Spartak” (Moskva, Rusiya)

“Standard” (Belçika)

“Slaviya” (Çexiya)

3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.


Saat 14:45-də isə Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. Bununla Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizəni dayandıracaq klubların Avroliqadakı rəqibləri bəlli olacaq. "Qarabağ" "Kukesi" səddini keçə bilməsə, aşağıdakı 9 komandadan birinə rəqib olacaq.



Səpələnməmişlər

TNS (Uels) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi

“Torpedo” (Kutaisi, Gürcüstan) - “Vikinqur” (Farer adaları) cütünün qalibi

“Spartak” (Latviya) - “La Fiorita” (San-Marino) cütünün qalibi

APOEL (Kipr) - “Flora” (Estoniya) cütünün qalibi

“Kork Siti” (İrlandiya)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/248225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR