Alissonu 75 milyon avroya "Liverpul"a satan "Roma" yeni qapıçı ilə anlaşıb.

Milli.Az bildirir ki, qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, paytaxt klubu "Kopenhagen"in qolkiperi Robin Olseni transfer etmək üzrədir. "Roma"nın İsveç millisinin üzvü üçün Danimarka klubuna 12 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, 29 yaşlı qolkiper 2016-cı ildən "Kopenhagen"də çıxış edirdi.

Milli.Az