"Report" xəbər verir ki, tədbir NATO-nun Azərbaycandakı Beynəlxalq Məktəbi (NISA) tərəfindən təşkil olunacaq.
Konfrans zamanı Xəzər regionunun geosiyasi, hərbi-siyasi, iqtisadi, enerji aspektləri Xəzər dənizinin hüquqi statusu, regionda təhlükəsizlik və Azərbaycanın buradakı roluna dair məsələlər müzakirə olunacaq.
Konfransda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun iştirakı gözlənilir.