Banqladeşin cənub-şərqində Koks-Bazar mahalında torpaq sürüşməsi baş verib.
Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, təbii fəlakət nəticəsində dördü uşaq olmaqla 5 nəfərin həlak olduğu bildirilir. Ölən uşaqların hamısının bir ailənin övladı olduğu deyilir. Məlumata görə, uşaqların valideynləri isə yaralanıb.
Qeyd olunur ki, əazridə torpaq sürüşməsinə aramsız yağan yağışlar səbəb olub.
http://matbuat.ru/news/995991/xanim-sefiri-xestexanalara-qebul-etmediler.html