Əslən Kolumbiyadan olan model, teleaparıcı və aktrisa Sofi Verqara əri Coe Manqaniello ilə birlikdə Baham adalarında istirahət edir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 46 yaşlı Verqara 41 yaşlı əri ilə çəkdirdiyi fotoları İnstagram-dakı profilində paylaşıb.
S.Verqaranın İnstagram profili bu yaxınlarda hakerlərin hücumuna məruz qalmışdı.
Hakerlər Verqaranın profilinin "Stories" bölümündə bela elan yerləşdirmişdilər: "Salam, uşaqlar! 1000 IPhone X və Apple Watch qol saatından birini əldə etmək istəyirsinizsə, Stories bölməsinə daxil olun! Təşəkkür edirəm, sizi sevirəm!"
Dünyada ən çox gəlir əldə edən teleaktrisa sayılan V.Verqaranın İnstagram profilinin 14,5 milyon daimi təqibçisi var.
"Bu elana aldanmayın! Mən 1000 pulsuz telefon paylamıram", - Verqara dünən yazıb.
Milli.Az