Türkiyədə qəribə cinayət hadisəsi baş verib.

Metbuat.az big.az-a istinadən xəbər verir ki. Sivasda ayıları uzaqlaşdırmaq istəyən 3 dost lobya bağına girib. Onlar ağacların arasından gələn səsi ayının səsi hesab edərək atəş açıblar. Nəticədə onlar öz dostlarını vurublar.

Hadisə dünən axşam Sivasın Beykonağı kəndində baş verib. Kəndin keçmiş bələdiyyə sədri H.D 2 dostu ilə birlikdə lobya bağına ziyan vuran ayıları uzaqlaşdırmaq üçün hadisə yerinə gedib. 3 dost ayını axtarmaq üçün ətrafa dağılıblar. Bu sırada ağacların arxasında gələn səsi ayı hesab edən S.Ç atəş açıb. Atəş açdığı istiqamətə gedən S.Ç H.D-nı qanlar içərisində tapıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq H.D-nın həyatını qurtarmaq olmayıb. Dostunu qətlə yetirən S.Ç polislər tərəfində həbs edilib. Məsələ ilə bağlı cinayət işi açılıb.

Hamı 1000 illik sehirli dərmanın gücündən danışır - MÖCÜZƏ!-Oxumaqü üçün tıkla