"Qarabağ"ın yeni transferləri - İnnosent Emeqara və Con Delarj komandaya qoşulublar.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, hər iki hücumçu bu gündən "köhlən atlar"la birgə məşqlərə başlayıblar.

Ağdam klubu Nigeriya əsilli Emeqara ilə 2, konqolu Delarjla 3 illik müqavilə imzalayıb. Emeqara "Qarabağ"da 7, Delarj 28 nömrəli formanı geyinəcək.

"Qarabağ" dünən Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Albaniyada "Kukesi" ilə qarşılaşıb (0:0). Emeqara və Delarj həmin oyunun iştirakçısı olmayıb.

Milli.Az