“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinə hazırlıq çərçivəsində Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunun ərazisində artilleriya atışlarını məşq etdiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az -a verilən məlumata görə, hərbi dənizçilər üzən minaların məhv edilməsi məqsədilə ilkin artilleriya atışları icra edib. Gəmilərin müxtəlif üsullarla yanalması da məşq olunub.

Dörd ölkənin hərbi gəmiləri Xəzərdə artilleriya məşqi ediblər -

Növbəti hazırlıq mərhələsində gəmi heyətləri dəniz və hava hədəflərinə artilleriya atışlarını, habelə heyətlərin sağqalma qabiliyyətini məşq etdirəcəklər.

Dörd ölkənin hərbi gəmiləri Xəzərdə artilleriya məşqi ediblər -

Yaponiyada qasırğaya görə 150-dən çox aviareys ləğv edilib - Oxumaq üçün tıkla