ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə yeni hərbi ittifaqın qurulması üzərində işləyir.

Publika.az
xəbər verir ki, yeni hərbi ittifaqa Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BAE), Qətər, Bəhreyn, Misir və İordaniya daxil ediləcək.

“Röyters”in məlumatına görə, İrana qarşı yaradılması planlaşdırılan ittifaq “Ərəb NATO-su” adlandırılacaq. Layihənin həyata keçirilməsi gizli şəkildə aparılır.

“Ərəb NATO-su” layihəsi ilk dəfə ötən il Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı gündəmə gəlib.

Trampın prezident seçilməsindən sonra ilk xarici səfərini Ər-Riyada etməsi təsadüfi deyildi. Azərbaycan rəhbərliyinin də dəvət aldığı Ər-Riyad sammiti əslində Yaxın Şərqdə baş verən bugünkü proseslər və Vaşinqtonun Tehranın üzərində yeriməsinin başlanğıcı hesab oluna bilər.

Tramp İranı bombalamaq üçün yeni ittifaq qurur - MƏXFİ PLAN

İlham Əliyev və Trampın Ər-Riyad səfərinin şifrələri - TƏHLİL