Metbuat.az saytının məsələyə müdaxiləsi ilə Qax rayonunun İlisu kəndinin bu problemi həllini tapdı.
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın turizm bölgəsi olan İlisu kəndinin bəzi ərazilərində zibil qutularının olmaması ilə bağlı saytımızdan material dərc etmişdik.
Problemi işıqlandırdıqdan dərhal sonra rayonun icra hakimiyyəti və bələdiyyəsi məsələyə reaksiya verib.
Bu gün səhər saatlarında kənd ərazisinə yeni zibil qutuları gətirilib, zibil maşınlar tərəfindən təmizlənərək aparılıb.
Xəyalə Məmmədova / METBUAT.AZ
Bakıda piyadaların yolunu kəsən ağacla bağlı - Tədbir görüləcək / FOTOLAR