Paytaxt sakinlərinin gediş-gəlişinə əngəl törədən ağac budandı.

Xəbər verdiyimiz kimi, ötən gün Nərimanov rayonu Həsən Əliyev küçəsindəki bəzi ağacların piyada yolunu kəsməsi ilə bağlı məlumat dərc etmişdik.

Bakıda piyadaların yolunu kəsən ağacla bağlı - Tədbir görüləcək / FOTOLAR

Metbuat.az saytı məsələni ictimailəşdirdikdən sonra problem həllini tapdı.

Belə ki, problemi işıqlandırdıqdan dərhal sonra Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi məsələyə reaksiya verib.

Bu gün səhər saatlarında sözügedən ərzidəki ağaclar budanıb.

Xəyalə Məmmədova / METBUAT.AZ