
Ad,Soyad | Tükəzban İsmayılova |
Yaş | 21 Dekabr 1923 (102 Yaş ) |
Doğulduğu yer | Bakı |
Vəzifə | Müğənni, xanəndə |
Yenilənmə tarixi | 03-01-2017 |
Tükəzban İsmayılova 21 dekabr 1923-cü ildə Bakıda anadan olmuşdur. 1942-ci ildə Bakı Musiqi Texnikumunu bitirmişdir. İkinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər vermişdir. Azərbaycan Dövlət Filarmoniyasının (1939-1946, 1949-1978), Azərbaycan Radio Verilişləri Komitəsi xorunun (1946-1949), Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (1978-2008) solisti olmuşdur. Repertuarında muğam, təsnif, xalq mahnıları ("Kürdün gözəli", "Yeri, dam üstə yeri", "Qarabağ şikəstəsi", "Qaragöz" və s.) və Azərbaycan bəstəkarlarının mahnıları əsas yer tutur. Pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Xarici ölkələrdə (Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair və s.) qastrolda olmuşdur. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Onun repertuarında Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları ("Kürdün gözəli", "Qaragöz" və s.) xüsusi yer tutmuş, muğamları ("Qatar", "Heyratı", "Şahnaz", "Segah") məharətlə ifa etmişdir. Tükəzban İsmayılova uzun səhnə fəaliyyətini öz həyat yoldaşı, onu tarda müşaiyət edən Azərbaycanın xalq artisti Həbib Bayramovun ölümündən sonra dayandırmışdır. 1985-ci ildən İncəsənət gimnaziyasında muğam dərsi demişdir. 1998-ci ildə Azərbaycan Respublikasının "Şöhrət ordeni" ilə təltif edilmişdir.
2008-ci il mart ayının 24-də Bakıda vəfat etmişdir.
Son xəbərlər »

Bayram gününün havası -

İlin ilk Günəş tutulması -

Bu bürc çətinlikləri özünə maqnit kimi çəkir

Quttereş müsəlmanları belə təbrik etdi

2025-ci ildə ilk dəfə baş verdi -

Azərbaycanda Ramazan bayramı qeyd olunur

“Qalatasaray” “Beşiktaş”a məğlub oldu

Ağır qəzada ölən 3-cü kurs tələbəsinin

Qəzzada həlak olanların sayı 50 mini ötüb
