Qusar rayonunda 3 uşaq anası intihar edib.

Milli.Az report-a istinadən xəbər verir ki, rayonun Köhnə Xudat kənd sakini, 1952-ci il təvəllüdlü Təranə Hüseynova özünü su ilə dolu hovuza ataraq intihar edib.

Altmış altı yaşlı qadının meyiti yaxınları tərəfindən hovuzda aşkar edilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az