Erməni “gey”lər Paşinyandan küsüb

Hakimiyyətə gəlməsinin 100 günlüyü münasibətilə 17 avqusta mitinq təyin edən Ermənistan baş naziri Nikol Paşinyanı LGBT nümayəndələrinin böyük sürprizi gözləyir.

Metbuat.az azvision.az-a istinadən bildirir ki, bu barədə erməni KİV-ləri lezbiyanlar, geylər, biseksuallar və interseksualların Beynəlxalq Assosiasiyasının Avropa filialına (ILGA-Europe) istinadən məlumat veriblər.

Qeyd olunur ki, “ILGA-Europe”a daxil olan Ermənistanın “PINK Armenia” təşkilatının fəalları və onların Avropadan gələcək qonaqları 17 avqust mitinqində iştirak edərək Paşinyana sürpriz edəcəklər. Lakin bu sürpriz heç də xoş olmayacaq. Çünki onlar baş nazirdən Şurnuxdakı 3 avqust hadisəsilə bağlı ictimai şəkildə mövqe ortaya qoymasını tələb edəcəklər.

Belə ki, avqustun 3-ü Sünik əyalətinin Şurnux kəndində kənd qadınlarından ibarət bir qrup insan kəndin mərkəzində yerləşən evlərin birində dincələn 9 nəfər LGBT nümayəndəsini döyərək onlara ağır xəsarətlər yetiriblər. Nəticədə cinsi azlığı təmsil edən həmin gənclər xəstəxanaya yerləşdiriliblər. Daha sonra təhlükəsizlikləri baxımından polis onları paytaxt İrəvana aparıb.

Lakin “PINK Armenia” təşkilatının üzvləri hökumətin insidentə münasibət bildirməməsindən şikayətlənirlər. Onlar baş nazir Nikol Paşinyanın məsələ ilə bağlı susqunluğunu anlamadıqlarını açıqlayıblar. “PINK Armenia” bəyan edib ki, “məxməri inqilab” zamanı Paşinyana dəstək olmalarına baxmayaraq, adekvat münasibət görməyiblər. Odur ki, 17 avqustda baş nazir konkret mövqe sərgiləməlidir.

Qeyd edək ki, “PINK Armenia” anti-Rusiya mövqeli yeni yaranan təşkilatdır və Ermənistanın siyasi həyatında əhəmiyyətli rol oynamağı hədəfləyir.

Azərbaycanda şagird müəllimini bıçaqladı - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR