"Türkiyə və Azərbaycan İranla əlaqələrini kəsməyəcək"

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar avqustun 7-də qüvvəyə minib.

Ötən gün ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində İranla biznes həyata keçirən ölkələrin ABŞ-la biznes apara bilməyəcəkləri barədə açıqlama paylaşıb.

“Trampın İrana münasibətini bir tvitlə müəyyənləşdirmək düzgün deyil”.

Bu sözləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Mübariz Əhmədoğlu bildirib. Onun sözlərinə görə, 2 dövlət İranla əlaqələrini kəsməyəcək:

“Tramp İrana qarşı hədsiz çox fikirləri var. Trampın dediyi şirkətlər Avropa ölkələrinin şirkətlərinə aiddir. Baxmayaraq ki, Avropa İttifaqı qərar qəbul edib ki, onun şirkətləri ABŞ-ın İrana qarşı qoyduğu sanksiyalara qulaq asmasın. Amma Avropa İttifaqının öz iri şirkətlərinə belə göstəriş vermək ixtiyarı yoxdur. O iri şirkətlər Avropa İttifaqının sözünə qulaq asmayacaq.

Almaniyanın şirkətləri artıq İranı tərk edib. Bundan öncə Fransanın neft-qaz yataqlarında işləyən şirkətlər İranla olan müqavilələrini dayandırdı. Hollandiyanın KLM Aviasiya Şirkəti İranla olan əlaqələrini kəsib. Artıq Avropa şirkətləri Trampın dediklərinə qulaq asırlar. Çünki Trampın dediklərinə qulaq asmasalar, şirkətlərin ABŞ-da olan ya bank hesabları bağlanacaq, ya da oradakı mülkləri həbs olunacaq. Ona görə, Tramp İrana qarşı mübarizdə qətiyyətini göstərib. Avropa şirkətləri ona qulaq asacaqlar.

Təbii ki, dünya ölkələri arasında İranla olan münasibətlərini kəsmək üçün fürsət axtaran dövlətlər də var. Məsələn, Ərəb dövlətlərinin əksəriyyəti İranla olan əlaqələrini kəsəcək. Ancaq 2 dövlət İranla əlaqələrini kəsməyəcək – Türkiyə və Azərbaycan.

Elə başa düşürəm ki, ABŞ bu sanksiyaları Çin və Rusiya ilə də razılaşdırıb. Yəni, Çin və Rusiya ABŞ qarşısında İranla olan iqtisadi əlaqələrini genişləndirməməklə buna əməl edəcəklər. Azərbaycan və Türkiyəni çıxmaq şərtilə, dünyanın istənilən dövləti ABŞ-ın diqtəsi ilə İrana qarşı sanksilayalara qoşula bilər.

Qeyd edək ki, ABŞ-ın İrana tədbiq etdiyi bu qadağalar iki mərhələdən ibarət olacaq. Birinci mərhələ 90, ikinci mərhələ isə 180 gün davam edəcək.

Birinci mərhələdə İran hökumətinin ABŞ-dan dollar satın alması, qızıl və başqa qiymətli metallarla ticarət etməsi yasaqlanır. Bundan başqa, İranla polad, daş kömür, alüminium alış-verişi də qadağan olunacaq. İslam Respublikasının mülki aviasiyasına tətbiq edilən sanksiyalar bərpa olunacaq, yəni ehtiyat hissələrinin ixracı, habelə sərnişin təyyarələrinin satışı qadağan edilir.

Sanksiyalara əsasən, İranın xarici borcuna ianə verilməsi və bunun satın alınması da yasaqlanıb.

Sanksiyaların ikinci mərhələsi noyabrın 5-də qüvvəyə minəcək. Bu qadağa İslam Respublikasının energetika sektorunu əhatə edəcək.

İran da, öz növbəsində, ABŞ-a əldə toxunan xalçaların, qida məhsullarının ixracını yasaqlayıb. Bundan başqa, xarici şirkətlərin İranın avtomobil bazarına girişini qabaqlayan sanksiya tətbiq edilib.

Xəyalə Məmmədova / METBUAT.AZ

"Rusiya Ermənistana silah yox, məsləhət verməlidir" - Sahib Alıyev – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR