İsmayıllının bu kəndində qaz niyə yoxdur?

İsmayıllı rayonunun Diyallı kəndində qaz problemi yaşanır.

Bununla bağlı kənd sakini Şakir Öməröv Metbuat.az-a müraciətində bildirib. Qeyd edib ki, kəndin yarısında bu il qaz problemi həllini tapıb. Lakin digər yarısında isə problem hələ də qalmaqdadır. Kənd sakini bununla bağlı aiddiyyatı qurumlara müraciət etdiyini, ancaq cavab almadığını iddia edir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, növbəti illərdə qazlaşma məsələsinə baxıla bilər:

“Hazırda İsmayıllı rayonunun 4 yaşayış məntəqəsində (Lahıc, Qaraqaya, Gəndov və Namazgah) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazlaşma işləri aparılır. Digər kəndlərin qazlaşması 2018-ci ilik kapital qoyuluşu proqramına daxil edilməyib. Növbəti illərdə qazlaşma məsələsinə baxıla bilər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Sabahın HAVASI: Qısamüddətli yağış yağacaq – Tıklayın!



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR