3,2 min illik yaşı olan pendir aşkarlanıb

Qahirə yaxınlığındakı Sakkara rayonunda yerləşən məzarlıqdakı əşyaları araşdıran italiyalı alimləri orada dünyada ən qədim- 3,2 min yaşı olan pendir aşkar ediblər.

Metbuat.az a24.az-a istinadən xəbər verir ki, Qahirə universitetilə birlikdə aparılan araşdırmalara görə, alimlər mal, qoyun və keçi südündən hazırlanan ən qədim pendirin eramızdan əvvəl 1290–1213-cü illərdə istehsal edildiyi qənaətinə gəliblər.

Qeyd olunur ki, qədim misirlilər o dünyanın varlığına inandıqlarından, dəfn olunan adamların yanında məişət əşyaları, yemək, içki və s. basdırırdılar.

Toy günü bəyi gözləyən gəlin aldığı BU XƏBƏRLƏ SARSILDI - ŞOK OLAY - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR